İmişlidə beşotaqlı ev KÜL OLDU

İmişli rayonunun Hacırüstəmli kəndində ev yanıb.
ONN media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 96 kvadrat metr olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yığılan ot bağlamaları yanğından mühafizə olunub. Yanğın söndürülüb.