Türkiyədəki yanğınsöndürənlərimizin səhhəti ilə bağlı AÇIQLAMA

Türkiyədəki yanğınsöndürənlərimizin səhhəti ilə bağlı AÇIQLAMA

“Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”.

ONN media xəbər verir ki, bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: “İki əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımı köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsində fəal iştirak edirlər”.

Geri qayıt