Messi üçün vida mərasimi keçiriləcək

Messi üçün vida mərasimi keçiriləcək

"Barselona"dan ayrıldığı rəsmən açıqlanan Lionel Messi üçün sabah vida mərasimi təşkil olunacaq.

ONN media xəbər verir ki, tədbir "Nou Kamp" stadionunda keçiriləcək. Mərasimin avqustun 8-i saat 14:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, Messi 17 il "Barselona"da çıxış edib. 34 yaşlı hücumçu bu müddət ərzində 778 matçda 672 qol vurub və 35 titul qazanıb.

Geri qayıt