Ankarada TƏBİİ FƏLAKƏT: Sürücülər böyük təhlükə qarşısında qaldı - VİDEO

Günlərdi meşə yanğını ilə mübarizə aparan Türkiyə bu dəfə başqa təbii fəlakətlə üz-üzə qalıb.
ONN media xəbər verir ki, paytaxtı Ankara şəhərinə uzun müddətdən sonra güclü yağış yağıb, şəhəri sel basıb.
Güclü sel suları Ankara-Eskişehir avtomobil yolunda hərəkəti iflic edib.
Yolların su basması səbəbindən nəqliyyat vasitələrinin sürücüləri uzun müddət avtomobillərini tərk edə bilməyiblər.
Qeyd olunur ki, hazırda Ankara Böyükşəhər Bələdiyyəsi təbii fəlakətin yaratdığı fəsadları aradan qaldırmağa çalışır.