Ərdoğandan dəhşətli qəza ilə bağlı GÖSTƏRİŞ

Ərdoğandan dəhşətli qəza ilə bağlı GÖSTƏRİŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir – Edremit yolunda baş vermiş ağır qəzada həlak olanların ailələrinə başsağlığı verib.

ONN media  xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitter səhifəsində paylaşım edib.

“Bu gün Balıkəsirdə baş vermiş avtomobil qəzası başda olmaqla, digər avtoqəzalarda həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına, millətimizə başsağlığı verirəm. Bizi dərindən kədərləndirən bu hadisələrlə bağlı dövlətimiz son dərəcə dəqiqliklə araşdırmalar aparırır. Dövlət başçısı olaraq bu prosesləri yaxından izləyəcəyəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Balıkəsir – Edremit yolunda baş vermiş qəzada 14 nəfər həyatını itirib, 18-i isə xəsarət alıb.

Digər bir qəza isə İzmirdə meydana gəlib. Bu faciəvi olayda isə 6 nəfər həlak olub.

Geri qayıt