Bakıda "Niva"dan 23 min manat oğurlandı

Bakıda "Niva"dan 23 min manat oğurlandı

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

ONN media  xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinə avqustun 4-də A.Abbasova məxsus “Niva” markalı avtomobildən 23000 manatın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt