Ağdamda faciəvi hadisə - QADIN ÖLDÜ

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib.
ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 7-də saat 13 radələrində Ağdam rayonunun Alıbəyli kəndi ərazisində Səfərli qəsəbə sakini R.Cümşüdov idarə etdiyi “VAZ-21015” markalı avtomobili ağaca vurub. Nəticədə R.Cümşüdovun sərnişini - arvadı Elnarə Cümşüdova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.