Şuşada smart konteynerlər qoyulacaq

Şuşada smart konteynerlər qoyulacaq

Şuşada ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir, ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.

ONN media  xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov açıqlama verib.

“Prezident İlham Əliyevin Sərəncamından dərhal sonra komandamız tərəfindən mobilizasiya işləri görülüb, lazımi işçi qüvvəsi və texnika cəlb edilib, böyük həcmdə tullantılar yığılıb. 200-ə yaxın 1,1 kubluq konteynerlər təchiz olunub. Artıq konteynerlər 2 rəngdə qoyulub. Şuşada 200-ə yaxın tarixi bina var. İlk növbədə işimiz bu binalarda illər ərzində toplanmış tullantıları təmizləməkdir. Bəzi binlarda tullantılar qalaqlanmış şəkildə yığılıb. Bu istiqamətdə də işlərimizi həyata keçiririk. Ağıllı şəhər konsepsiyası çərçivəsində Şuşa yeraltı konteynerlərlə təchiz olunacaq. Bu konteynerlərə tullantıların səviyyəsini göstərəcək xüsusi sensorlar quraşdırılacaq”, - sədr bildirib.

E.Abbasov qeyd edib ki, hazırda tullantı poliqonu üçün yer müəyyən olunur. Müəyyən olunduqdan sonra Şuşada sanitar paliqon təşkil olunacaq. Bu sahədə müxtəlif qurumlarla işlər aparılır.

Geri qayıt