Lukaşenko: Ukraynanı diz çökdürmək istəsəydik...

Minsk Ukraynaya sanksiya tətbiq etmək niyyətində deyil.
ONN media xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ukraynanı diz çökdürmək istəsəydik, yanacaq-sürtkü materiallarının idxalını dayandırardıq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Ukrayna hökuməti may ayında Rusiya və Belarusdan elektrik enerjisinin idxalını dayandırıb. Qadağa 1 oktyabr tarixinədək qüvvədədir.