Merkel Ukraynaya səfər edəcək

Almaniya Kansleri Angela Merkelin Ukraynaya səfəri gözlənilir.
ONN media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov "Facebook"da məlumat verib.
O bildirib ki, səfər avqustun 22-də baş tutacaq.
Nikiforov qeyd edib ki, görüşlərdə təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqələr və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladmir Zelenski Almaniya Kansleri Angela Merkellə sonuncu dəfə iyulun 12-də Berlinə səfəri çərçivəsində görüşüb.