Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı

Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı

2021-ci ilin iyulunda Azərbaycanın axtarış sistemi bazarında 92,54 faiz paya sahib olan Quql ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.

ONN media  bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İyun ayı ilə müqayisədə Quql axtarış sisteminin payı 1,09 faiz azalıb.

Hesabat dövründə Yandeks axtarış sisteminin payı 4,01 faiz artaraq 6,03 faiz təşkil edib.

Binq axtarış sisteminin payı 0,56, Yahoonun payı isə 0,44 faizə bərabər olub.

Azərbaycanın axtarış sistemi bazarında 0,43 faiz digər axtarış sistemlərinin payına düşüb.

Geri qayıt