Türk PUA-ları konqresmenləri “qəzəbləndirdi”

Türk PUA-ları Cənubi Qafqaz, Cənubi Asiya, Şərqi Aralıq, Orta Şərq və Şimali Afrikadakı münaqişələrində rolu böyükdür. ABŞ-dan Türkiyəyə dron ixracatı dərhal dayandırılmalıdır.
ONN media xəbər verir ki, bu barədə ABŞ Konqresinin 27 üzvünün ölkənin Dövlət katibi Entoni Blinkenə yazdığı məktubunda qeyd olunub.
“Türk PUA-ları ABŞ-ın mənfəət və müttəfiqlərini təhlükə altında qoyur və dünyanın bir çox bölgəsində qeyri-sabitliyə yol açır”, - deyə məktubda bildirilib.
Mətndə Türkiyənin ötən ilin sentyabrın 27-də Ermənistan- Azərbaycan arasında başlayan 2-ci Qarabağ müharibəsinə Azərbaycana dəstək üçün PUA-lar göndərdiyi yazılıb.
İddiaya görə, “Bayraqdar TB2” PUA-larında ABŞ müdafiə sənayesinin texnologiyası və hissələrindən istifadə olunduğu sübut edilib.
Bundan başqa, məktubda türk PUA-larının Suriyada YPG/PKK terror təşkilatına qarşı da istifadə olunduğu yazılıb:
“Eyni zamanda, Liviyada vətəndaş müharibəsində də türk PUA-ları vacib rol oynayıb”.(axar.az)