Gəncədə qardaş bacısını bıçaqladı
Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.
ONN media xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, həmin şəhərin sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır. ("Report")
