Moskvadan Naxçıvana aviareys açıldı

Moskvadan Naxçıvana aviareys açıldı

Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviarays açılıb.

ONN media  xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də Rusiyanın İRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.

Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.

Xatırladaq ki, İRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.

Geri qayıt