Türkiyə Ukraynada PUA istehsal edəcək – Özden

Türkiyə Ukraynada PUA istehsal edəcək – Özden

Türkiyənin “Baykar” şirkəti Ukraynada PUA-ların yığılması üçün istehsal mərkəzinin inşası ilə bağlı investisiya layihəsi hazırlayır.

ONN media xəbər verir ki, bunu baş direktorun investisiyalar üzrə müavini Nataliya Özden deyib.

“Baykar” Ukraynaya sərmayə qoymaq niyyətindədir və hazırda müvafiq investisiya layihəsi hazırlayır”, - deyə Özden bildirib.

Layihə “Baykar” tərəfindən ən son texnologiyalı tədqiqat və inkişaf mərkəzinin (AR-GE), istehsal sahələrinin yaradılmasına və PUA-nın yığılmasına, həmçinin texniki xidmət və təmir sexlərinə 100% sərmayə qoymağı nəzərdə tutur.

Geri qayıt