Türkiyədə seldə ölənlərin sayı artıb - YENİLƏNDİ

Türkiyədə seldə ölənlərin sayı artıb - YENİLƏNDİ

Türkiyədə seldə ölənlərin sayı artıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünü tvitter səhifəsində yazıb.

Bildirilir ki, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstə Sinop şəhər xəstəxanasına köçürülüb.

Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.

xxx


Türkiyədə daşqınlar nəticəsində həyatını itirənlərin sayı 31-ə yüksəlib.

Bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

"Kastamonuda 29, Sinopda 2 nəfər sel fəlakətinin qurbanı olub. Xəstəxanalarda 10 nəfərin müalicəsi, Bartında isə itkin düşən bir nəfərin axtarışı davam edir", - AFAD-dan bildirilib.

Vurğulanıb ki, normaya görə bir kvadrat metrə 100 kiloqramdan çox yaxıntının düşməsi fəlakət hesab olunur. Yalnız Bartının Ulus mahalında 11 avqustda hər kvadrat metrə 302,4 kiloqram yağış düşüb.

Geri qayıt