Bu gündən sərt karantin məhdudiyyətləri qüvvəyə minir - QONŞU ÖLKƏDƏ

Bu gündən sərt karantin məhdudiyyətləri qüvvəyə minir - QONŞU ÖLKƏDƏ

Bu gündən etibarən ölkə ərazisində 3 həftəlik bir sıra məhdudiyyətlər qüvvəyə minir.

ONN media  Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.

Aşağıda təqdim olunan məhdudiyyətlər 14 avqust tarixindən 4 sentiyabradək qüvvədə olacaq:

1. Ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.(Bu qadağa şəhərlərarası ictimai nəqliyyata şamil edilmir);

2. Qida obyektləri yalnız saat 23:00-a qədər işləyə biləcək;

3. Tbilisidə bələdiyyə avtobusları və Tbilisi metrosu, həmçinin mikroavtobuslar və teleferiklər (kanatlar) sərnişinlərə xidmət göstərməyəcək;

4. Qapalı yerlərdə, ictimai nəqliyyatda və açıq yerlərdə, dayanacaqlarda, bazarlarda və s. 5 və ya daha çox adamın toplaşdığı hər yerdə maska taxmaq məcburi olacaq;

5. Festivallar, kütləvi tədbirlər (toylar), konsertlər və idman yarışları da qadağan edilir;

6. Uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır.

Hökumət administrasiyasından verilən məlumata görə, toy və s. kimi ictimai tədbirlərin keçirilməsi də daxil olmaqla, mövcud qaydaların yerinə yetirilməsinə nəzarət mümkün qədər gücləndirilir.

Geri qayıt