Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürüldü

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb.
Bu barədə FHN-ə istinadən xəbər verir.
İlkin ehtimala əsasən, ağaclıq ərazidə 300 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.