Talibandan qadınlara çağırış: Qurban olmayın...

Taliban qadınları gələcək hökumətə qoşulmağa çağırıb.
Bu barədə Talibanın Mədəniyyət Komissiyasının üzvü Enamullah Samanqani deyib.
“İslam Əmirliyi qadınların qurban olmasını istəmir. Onlar şəriət qanunlarına uyğun olaraq hökumət strukturunda olmalıdırlar”, -deyə o, bildirib.