Türkiyədə daha 183 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutkada koronavirusdan daha 183 nəfər vəfat edib.
ONN media xəbər verir ki, ölkədə ötən 24 saatda COVID-19-la əlaqədar 294 561 nəfər test edilib, bunlardan 21 692-si müsbət çıxıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 14 636 nəfər sağalıb.