Çavuşoğlu "Taliban"a CAVAB VERDİ
"Türkiyə Əfqanıstanda "Taliban" tərəfindən verilən mesajları alqışlayır".
Bunu ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN rəhbəri həmkarı Eymen es-Safədinin dəvətilə səfərdə olduğu İordaniyada mətbuata verdiyi açıqlamada Əfqanıstandakı vəziyyətə münasibət bildirərək deyib:
""Taliban" da daxil olmaqla, Əfqanıstanda bütün tərəflərlə dialoqumuzu davam etdiririk. "Taliban" tərəfindən verilən mesajları alqışlayır və Türkiyə olaraq Əfqanıstanın iqtisadi inkişafı, sabitliyi və əmin-amanlığına dəstəyi davam etdiririk. Bölgədən təxliyələr davam edir. Türkiyə təkcə özünün deyil, başqa ölkə vətəndaşlarının da təxliyəsinə kömək göstərir".
