Talibana qarşı bayraq etirazı ölümlə nəticələndi - 2 ölü, 12 yaralı

Əfqanıstanın Nanqarhar vilayətində Talibana qarşı etiraz aksiyası keçirilib.
ONN media xəbər verir ki, etirazçılar aksiyaya Əfqanıstanın milli bayrağı ilə qatılıblar.
Taliban üzvləri Əfqanıstan bayrağının yenidən asılmasını tələb edən nümayişçilərə atəş açıblar. Nəticədə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb.