Daha bir ölkə əfqan qaçqınlarını qəbul etməyə başladı

Meksika Əfqanıstan qaçqınlarını ölkəyə girişinə icazə verib. Hətta onların ilk hissəsi artıq Meksikadadır.
ONN media xəbər verir ki, ölkənin daxili işlər naziri Marselo Ebrard sosial media vasitəsi ilə məlumat verib. O bildirib ki, Meksikanın İrandakı səfiri Gillermo Puentenin səyləri nəticəsində qadınlar və azyaşlı qızlar olmaq üzrə Əfqanıstan vətəndaşlarının pasport qeydiyyat işlərinə başlanılıb.
Nazir onların təhlükəsizliyi səbəbilə kimliklərinin gizli tutulacağını vurğulayıb.