Bakıda Aleksandr Aqafanovun meyiti tapıldı

Bakıda Aleksandr Aqafanovun meyiti tapıldı

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Aqafanov Aleksandr Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri qayıt