Hərbçi yoldaşlarını öldürən erməni həbs edildi

Hərbçi yoldaşlarını öldürən erməni həbs edildi

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.

ONN media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd olunur ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb.

Axşam saat 17:40 radələrində isə onlarla qulluq edən A.X. adlı hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.

Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.

Cinayət işinin ibtidai istintaqı davam edir.

Qeyd edək ki, bundan öncə Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində 3 hərbi qulluqçunun meyitinin aşkarlandığı barədə məlumat yayılmışdı.

Geri qayıt