Nəhəng təyyarə Əfqanıstandan boş döndü - NİYƏ?

İngiltərə və ABŞ konsulluq nümayəndələrinin Əfqanıstandan təxliyəsi bu dəfə baş tutmayıb.
Britaniyadan olan hərbçi və diplomatların təxliyəsi üçün Əfqanıstana nəhəng təyyarə göndərilsə də o bu dəfə boş dönüb. Daha doğrusu, təyyarə Kabildən keçmiş ingilis zabitinin arvadını götürərək geri qayıdıb.
Boş təyyarənin fotosu sosial şəbəkədə paylaşıldıqdan sonra baş verənlərə görə ingilis rəsmilərdən izahat tələb olunub.
İngiltərənin müdafiə naziri isə heç bir təyyarə boş qayıtmır açıqlamasını verib.