Oğuzda dağlıq ərazidə yanğın başladı

Oğuzda dağlıq ərazidə yanğın başladı

Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Geri qayıt