Əfqanıstanda tezliklə yeni hökumət elan oluna bilər

Taliban tezliklə ölkənin yeni hökumətinin tərkibini açıqlayacağını bildirib.
ONN media xəbər verir ki, bu barədə yerli "Tolo News" telekanalı xəbər yayıb.
Telekanal hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahidin sözlərindən sitat gətirib: "Əfqanıstanın aparıcı siyasətçiləri ilə sıx təmasdayıq, kifayət qədər səmərəli dialoq aparılır. Əmin ola bilərik ki, yaxın vaxtlarda yeni hökumətin elanı veriləcək".