SON DƏQİQƏ: Əfqanıstanda qarşıdurma başladı - ABŞ və alman hərbçiləri HƏRƏKƏTƏ KEÇDİ

Əfqanıstanın Həmid Kərzai Hava Limanında qarşıdurma baş verib, toqquşmada ABŞ və Almaniya hərbçilərinin iştirak etdiyi deyilir.
ONN media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, atışma Əfqanıstan qüvvələri ilə naməlum qrup arasında baş verib.
Bildirilib ki, toqquşmada bir əfqan əsgəri ölüb, 3-ü isə yaralanıb.