Türkiyədə ağır yol qəzası: 33 yaralı

Türkiyənin Mersin şəhərinin Silifkə rayonunda sərnişin avtobusu aşıb.
ONN media xəbər verir ki, Antalyadan Qaziantepə gedən sərnişin avtobusu mikroavtobusa çırpılaraq dərəyə aşıb.
Qəza nəticəsində avtobusda olan 33 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.