Putinlə Lukaşenko arasında KRİTİK MÜZAKİRƏ

Belarus Prezidenti Alkeksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
ONN media xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Bildirilib ki, liderlər iqtisadi və hərbi-siyasi məsələləri müzakirə ediblər.
Dövlət başçılarının söhbəti zamanı müttəfiq proqramları da müzakirə mövzudu olub. Qeyd edilib ki, bu barədə konkret qərarlar yaxın vaxtlarda qəbul ediləcək.
Tərəflər həmçinin "Qərb-2021" təlimlərinə, Belarusun sərhədlərindəki vəziyyətə toxunublar.
Lukaşenko və Putin razılığa gəliblər ki, ən yaxın vaxtda yüksək səviyyədə əlaqə proqramı işlənib hazırlansın.