"Taliban" sülhməramlıların Əfqanıstandan çıxacağı tarixi AÇIQLADI

"Türkiyə müsəlman ölkəsidir. Bu ölkənin hökuməti və xalqı ilə yaxşı əlaqələr qurmaq istəyirik. Ancaq Əfqanıstanda xarici əsgərlərə ehtiyacımız olmayacaq".
ONN media xəbər verir ki, bu sözləri Kabildə təşkil olunan mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandıran "Taliban" sözçüsü Zabibullah Mücahid deyib.
Türkiyə ilə yaxşı əlaqələr qurmaq istədiklərinə diqqət çəkən Mücahid Həmid Kərzai adına Kabil Hava Limanını qorumaq üçün heç bir xarici qüvvəyə ehtiyac olmadığını vurğulayıb: "Kabil aeroportunda problem həll edilən kimi xarici hərbçilər ölkədən çıxarılacaq", - "Taliban" sözçüsü əlavə edib.