Robert Menendezin üstünə ağac aşdı və...

ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payet və ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez Afinada şam etdikləri restorananın üstünə qovaq ağacı aşıb.
ONN media xəbər verir ki, bu barədə “Skai” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı heç kim xəsarət almasa da, restorana ciddi zərər dəyib. Mühafizəçilər Amerika rəsmilərini hadisə yerindən uzaqlaşdırıblar.