Eldar Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə salınıb.
ONN media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasın təxirə salınmasına səbəb prosessual qaydanın pozulması ilə bağlı olub.
Bildirilib ki, tərəflərdən birinə bildiriş göndərilməyib və bu səbəbdən prosesin təxirə salınması qərara alınıb.
Növbəti iclas sentyabrın 3-nə təyin olunub.