Pakistan ordusu əfqanlara atəş açdı - ÖLƏNLƏR VAR

Pakistan silahlı qüvvələri Torkham keçid məntəqəsi yaxınlığında ölkəyə qanunsuz girməyə çalışan bir qrup əfqana atəş açıb.
ONN media xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayılıb.
Bildirilir ki, nəticədə 3 əfqan ölüb, beşi yaralanıb.
Qeyd olunur ki, əfqanların cəsədləri hələ də sərhəd məntəqəsi ərazisində qalıb.