1 milyondan çox insanı işıqsız qaldı

ABŞ-ın Luiziana ştatını vuran İda qasırğası səbəbindən bir milyondan çox insan elektriksiz qalıb.
ONN media xəbər verir ki, bu barədə ABŞ-da elektrik kəsintilərini izləyən “PowerOutrage.US” xidməti məlumat yayıb.
Məlumata görə, İda qasırğası ştat sahillərinə çatanda küləyin sürəti saatda 150 mil (240 km/saatdan yuxarı) olub.