Yağlı dərilər üçün maska

Yediyimiz qidalar, çirkli hava, makiyajı təmizləməmək və s. kimi amillər üzdə səpkilərin yaranmasına səbəb olur. Onlardan xilas olmaq üçün müxtəlif üsullardan istifadə olunur.
Yağlı dərilərə uyğun maskanı təqdim edirik:
Qreypfrutun yarısının suyunu sıxın, üzərinə 1 yemək qaşığı bal, 1 çay qaşığı yulaf əlavə edib qarışdırın. Alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Daha sonra isə ilıq su ilə dərinizi durulayın.