Kaliforniyada DƏHŞƏTLİ YANĞIN: 650 ev külə döndü

Kaliforniyada DƏHŞƏTLİ YANĞIN: 650 ev külə döndü

Kaliforniyanın şimalında "Kaldor" meşə yanğını yaşayış sahələrinə çatıb.

ONN media xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Bildirilib ki, yanğına görə, 30 mindən çox insan evini tərk edib. Daha 18 min insan təxliyə üçün hazırlaşır.

Bu günə kimi 650 yaşayış binası yanıb külə dönüb. 5 nəfər fəlakətin qurbanı olub.

Xatırladaq ki, meşə yanğını avqustun 14-də başlayıb və təxminən 70 min hektar ərazini əhatə edir.

Geri qayıt