Rusiyadan YENİLİK: peyvənddən çəkinənlər üçün...

Rusiyada COVID-19 əleyhinə nazal sprey şəklində vaksinin istehsalı 2022-ci ilin payızında başlaya bilər.
ONN media xəbər verir ki, bunu "Vektor" elmi mərkəzinin direktoru Rinat Maksyutov deyib.
O bildirib ki, bu müddət ərzində yeni tip vaksininin kliniki sınaqları keçiriləcək.
Direktor əlavə edib ki, hazırda bir çox ölkədə nazal sprey tipli vaksinlərin sınaqları keçirilir. O qeyd edib ki, bu, peyvənd olunmağa qarşı fobiyası olanlar üçün əsl tapıntı olacaq.
Hələlik bu cür sınaqlar heyvanlar üzərndə aparılır.