Tanınmış jurnalist vəfat etdi

Tanınmış şair, jurnalist Əhməd Oğuz 59 yaşında vəfat edib.
ONN media bildirir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
O bildirib ki, şair bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Ə.Oğuz uzun müddətdir, onkoloji xəstəlikdən müalicə olunurdu.
Allah rəhmət eləsin!