5 terrorçu təhlükəsizlik qüvvələrinə TƏSLİM OLDU

Türkiyənin Daxili İşlər Nazirliyinin koordinasiyası ilə Baş Polis İdarəsi Baş Jandarma Komandanlığı ilə birlikdə PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirib.
ONN media xəbər verir ki, əməliyyat zamanı sözügedən terror təşkilatının 5 üzvü təslim olub.
Bildirilib ki, üzv olduqları təşkilatdan qaçan şəxslər 1997-2015-ci illər ərzində Suriyada və İraqda terrorçu fəaliyyəti ilə məşğul olublar.
Bununla da il ərzində yalnız inandırma yolu ilə təslim olan terror təşkilatı üzvlərinin sayı 141-ə çatıb.