"Ümid" partiyasının sədr müavininin qızı və qardaşı oğlu İTKİN DÜŞDÜ

"Ümid" partiyasının sədr müavininin qızı və qardaşı oğlu İTKİN DÜŞDÜ

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkədə Tamilla Qulaminin yaxınları məlumat verib.

T.Qulaminin 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.

Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub.(teleqraf.com)

Geri qayıt