Minlərlə əfqan yola düşdü

Minlərlə əfqan yola düşdü

Kabil Hava Limanındakı təxliyələr başa çatdıqdan sonra minlərlə əfqan ölkəni tərk etmək üçün yola çıxıb.

ONN media xəbər verir ki, sosial mediada və bəzi internet saytlarında yayımlanan görüntülərdə minlərlə əfqanın çətin şərtlər altında Pakistan sərhədinə getdiyi görünüb.

Pakistan vasitəsilə İrana, oradan da Türkiyə və Avropaya getmək istəyən insanların görüntüləri ölkədən qaçanların sayını göz önünə sərib.

Geri qayıt