Cəmil Babayev Azərbaycana QAYTARILDI

Cəmil Babayev Azərbaycana QAYTARILDI

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş verib.

ONN media  xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, Azərbaycana Cəmil Babayev, qarşı tərəfə isə iki erməni təhvil verilib.

Əsirlərin dəyişdirilməsi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.

Geri qayıt