Rusiya ordu generalı məşhur rejissoru xilas edərkən ölüb?

Rusiya fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevin məşhur kinorejissor Aleksandr Melniki xilas edən zaman öldüyü bildirilib.
ONN media xəbər verir ki, bu məlumatı Rusiya FHN-in Mətbuat Xidməti yayıb. Melnikin idarələrarası təlimin keçirildiyi yerdə işlədiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Ziniçevin operatorun xilası zamanı öldüyü açıqlanmışdı.