Kürdəmirdə ŞOK: evə basqın edib 86 yaşlı qadını döydülər

Kürdəmirdə ŞOK: evə basqın edib 86 yaşlı qadını döydülər

Kürdəmirdə quldurluq hadisəsi baş verib.

Kürdəmir RPŞ-yə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girmiş bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt