Çində gəmi qəzası: ölənlərin sayı artdı

Çində gəmi qəzası: ölənlərin sayı artdı

Çinin Quycou vilayətindəki Canke çayında sərnişin gəmisinin aşması nəticəsində ölənlərin sayı 10-a çatıb.

ONN media xəbər verir ki, sentyabrın 18-də axşamüstü baş verən qəzadan sonra hadisə yerinə cəlb olunan xilasedicilər 39 nəfəri çaydan çıxara biliblər. Buna baxmayaraq, onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin sağlamlıq vəziyyəti kafi qiymətləndirilir.

İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.

Qeyd edək ki, sentyabrın 18-də Canke çayının eyniadlı qəsəbədən keçən hissəsində sərnişin gəmisi aşıb. Bildirilir ki, qəzaya gəminin icazə verilən həddən çox sərnişin götürməsi səbəb olub. Səlahiyyətli qurumlar qəza vaxtı gəmidə dəqiq neçə nəfərin olduğunu müəyyən etməyə çalışır.

xxx

Çinin Quyçjou vilayətində sərnişin gəmisinin çevirilib.

Hadisə zamanı 8 nəfər ölüb, daha 7 nəfər itkin düşüb.

Gəminin 40 sərnişin daşımaq üçün nəzərdə tutulduğu qeyd olunub. İlkin araşdırmanın nəticələri xilasedicilərin 39 nəfəri sudan çıxarmağı bacardığını göstərib. Onlardan səkkizi xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişiblər.

Daha yeddi sərnişinin taleyi hələki məlum deyil. Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Geri qayıt