"Brent" markalı neft ucuzlaşdı

"Brent" markalı neft ucuzlaşdı

Neft qiymətləri günün əvvəlində əhəmiyyətli artımdan sonra aşağı düşüb.

ONN media xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Londonun ICE birjasında "Brent" markalı xam neftin noyabr fyuçersləri saat 18:50-yə görə 0,8% azalaraq 73,3 ABŞ dollarına düşüb.

WTI markalı xam neftin fyuçerslərinin qiyməti də 1% azalaraq bir barelə görə 69,45 ABŞ dollar təşkil edir.

Geri qayıt