Azərbaycanlı məşqçi Türkiyə klubunda

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, o, 2021/2022 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” klubu ilə bir illik müqavilə imzalayıb.
Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.