Hələ də bu ölkə ilə şansımız var - Kosaçev

Rusiya Almaniyadakı parlament seçkilərindən sonra da bu ölkə ilə münasibətləri qorumaqda maraqlıdır.
ONN media xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
"Hələ də Rusiyanın digər AB və NATO üzvləri ilə münasibətləri ilə müqayisədə Almaniya ilə olan əlaqələr yaxşı cəhətdən fərqlənir. Rusiya ilə Almaniya arasında ticari-iqtisadi əməkdaşlığın siyasiləşməsinə son qoyulması şərtilə işgüzar tərəfdaşlığın intensivləşmə şansı var. Çünki Rusiyanın təklif etdiyi əməkdaşlıq variantları həmişə qarşılıqlı fayda gətirir", - Kosaçev bildirib.